“Neftçi” “Srvena Zvezda”ya uduzdu - VİDEO

22:05 - 19 Yanvar 2023

“Neftçi” “Srvena Zvezda”ya uduzdu - VİDEO

“Neftçi” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.

 

Manset.az xəbər verir ki, Laurentsiu Regekampf komandası “Srvena Zvezda” (Serbiya) ilə üz-üzə gəlib. Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 4-cü dəqiqədə Nemanya Motika vurub.

"Srvena Zvezda" Serbiya Superliqasında mübarizə aparır və hazırda 19 turdan sonra 53 xalla liderdir.

Xatırladaq ki, “Neftçi” bundan əvvəlki sınaq matçlarında Macarıstanın “Vaşaş” (1:1) və Polşanın “Medz Leqnisa” (1:2) klubları ilə qarşılaşıb. Komanda sabah vətənə qayıdacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az