Twitter sonunda bunu da etdi: Ofisindəki əşyaları satdı

23:36 - 19 Yanvar 2023

Twitter sonunda bunu da etdi: Ofisindəki əşyaları satdı

Sosial media platforması olan  Twitter ofis mebellərini satışa çıxarıb.

 

Manset.az  xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb platformanın qarşılaşdığı maliyyə problemləri olub.

Belə ki, satışa çıxarılan əşyalar insanların marağına səbəb olub. Hətta bir çox şəxs yüksək məbləğ qarşılığında onları satın alıb.

Ən yüksək qiymətə satılan məhsul isə 100 min dollar (170 min AZN) məbləğindəki mavi quş heykəli olub.

Bundan əlavə, "@" simvolu şəklində olan dekorativ güllər 15 min dollara (25 min AZN) satılıb.

Ofisdə istifadə olunan və təkrar emaldan əldə edilən taxta masa isə 10 min dollara (17 min AZN) alınıb.

Qeyd edək ki, milyarder iş adamı İlon Mask tərəfindən satın alınan tviter son zamanlar maliyyə böhranı yaşamaqdadır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az