Milli Məclis tarixində ən çox müzakirə olunan qanun layihələrindən biri heç şübhəsiz “Siyasi partiyalar haqqında” qanun layihəsi idi. Belə ki, layihə üç oxunuşdan keçməklə yanaşı, həm də iki dəfə ictimai müzakirəyə çıxarıldı və sonda qəbul edildi.
Qanunun qəbulundan sonra partiyalar qarşısında yeni tələblər meydana çıxdı. Xüsusilə də, partiyanın qeydiyyat proseduru zamanı tələblər əvvəlkinə nisbətdə daha da artırıldı. Tələblərin artması bir çox partiyaların rəsmi qeydiyyat üçün işlərə start verməsinə səbəb olub.
Manset.az xəbər verir ki, Bizim.Media-nın araşdırmasına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ümid, Milli İstiqlal, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Ağ, Azərbaycan Xalq, Böyük Quruluş, Demokratik İslahatlar, Milli Dirçəliş, Milli Cəbhə, Respublikaçı Alternativ partiyaları artıq qeydiyyat üçün çalışmalara başlayıb.
Lakin bəzi partiyalar var ki, onlardan hələlik səs-soraq gəlmir. Bu cür partiyaların sayı isə heç də az deyil.
Belə ki, ölkəmizdə rəsmi qeydiyyatda olan partiyaların sayı 59-a bərabədir. Üzv sayı ilə bağlı məsələdə məlumat əldə etmək isə bir qədər çətin məsələdir. Çünki əksər partiyalar bu mövzuda açıq məlumatlarını ictimaiyyətlə bölüşmürlər. Bəzilərinin isə reallıqdan uzaq rəqəmlər səsləndirməsi bu mövzuda informasiya kirliliyi yaradır.
Buna rəğmən, qanunvericiliyin əvvəlki tələblərinə görə partiyanın qeydiyyatdan keçməsi üçün min nəfər üzv sayı tələbi mövcud idi. Ona görə də, ən yaxşı ehtimalla bütün partiyaların bu tələbə cavab verdiyini təxmin etmək çətin deyil.
Amma bir neçə partiya var ki, onların fəaliyyətini davam etdirib-etdirməməsi belə qeyri-müəyyəndir. Xüsusilə də, uzun müddətdir maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməyən partiyalar bu siyahıda daha çox nəzərə çarpır.
Söhbət Azərbaycan Dirçəliş və Tərəqqi, Milli Dövlətçilik, Azərbaycan Xalq Cəbhəsi, Vahid Kommunist, Sosial Ədalət, Vətənpərvərlər, Azad Respublikaçılar, Azadlıq partiyalarından gedir.
Bu siyasi təşkilatlar artıq 3 ildən çoxdur ki maliyyə hesabatlarını MSK-ya təqdim etmirlər. Bunlarla yanaşı, rəhbəri bu il dünyasını dəyişmiş iki partiyada da hələlik səssizlik hökm sürür.
Həmin siyasi təşkilatlar, Sosial Demokrat və Milli Konqres partiyalarının liderləri Araz Əlizadə və İxtiyar Şirin ötən ilin payızında dünyalarını dəyişiblər. Adıçəkilən siyasətçilər müvafiq olaraq 6 oktyabr və 15 noyabr tarixlərində vəfat ediblər.
Sosial Demokrat Partiyasından mətbuata verilən açıqlamada qeyd edilmişdi ki, yeni sədrin seçilməsi üçün qurultay Araz Əlizadənin 40 mərasimindən sonra təşkil olunacaq. Lakin hələ də qurultaydan səs-soraq yoxdur. Milli Konqres Partiyasında da oxşar vəziyyət hökm sürür.
Məlumat üçün qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni qanuna görə, qeydiyyatda olan partiyalar 5 min üzv sayını toplamaq üçün 180 gün vaxt verilib. Əks təqdirdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıracaq.
Azərbaycanda bu 10 SİYASİ PARTİYA ləğv olunacaq – SİYAHI
14:48 - 24 Yanvar 2023

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Hazırda bu yollarda tıxac var

İsti havada soyuq su içirsiniz? - Sağlamlığınız təhlükədədir

Təzyiqi salan 6 "zərərli" qida

Bu rayonda qaz kəsiləcək - XƏBƏRDARLIQ

Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRIR

DİN-dən bu sürücülərə növbəti MÜRACİƏT

Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ

Bakının 12 küçəsində tıxac var - SİYAHI

Paytaxtın bu hissəsində su olmayacaq

Hazırda 40 dərəcə isti var

Xırdalanda bu tarixdə işıq olmayacaq

Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
Xəbər xətti
- 16 İyul 2025
- 09:00 Hazırda bu yollarda tıxac var
- 08:30 İsti havada soyuq su içirsiniz? - Sağlamlığınız təhlükədədir
- 08:00 Təzyiqi salan 6 "zərərli" qida
- 01:30 Bu ölkədə ölənlərin sayı 100-ü keçdi
- 00:30 Toy tortundan 60 nəfər zəhərləndi
- 15 İyul 2025
- 23:56 Ana övladının vəfat xəbərini eşidib öldü - Abşeronda FACİƏ
- 23:42 Şahin Şıxlinskinin oğlu saxlanıldı
- 23:35 Bu rayonda qaz kəsiləcək - XƏBƏRDARLIQ
- 23:24 İsrail İrana ikinci hücuma hazırlaşır
- 23:06 Azərbaycan "İbrahim Sazişləri"nə qoşulur?
- 22:38 Rusiyada saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
- 22:22 "Neftçi" daha bir futbolçunu heyətinə qatdı
- 21:58 Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRIR
- 21:07 "Vaqif Poeziya Günləri"nin tarixi dəyişdirildi
- 20:43 Cəlilabadda dağlıq ərazidə yanğın məhdudlaşdırıldı - YENİLƏNİB
- 20:21 DİN-dən bu sürücülərə növbəti MÜRACİƏT
- 19:51 Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ
- 19:26 Bakıda güclü YANĞIN - FOTO/VİDEO
- 18:43 Bakının 12 küçəsində tıxac var - SİYAHI
- 18:24 İstanbulda atışma - Yaralılar var
- 18:12 Zərərçəkənlər ifadə verdilər - Məhkəmə
- 18:00 Bakı 2026-da idman tədbirinə ev sahibliyi edəcək
- 17:52 "Neftçi" növbəti transferini reallaşdırdı - Rəsmi
- 17:38 Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
- 17:15 Paytaxtın bu hissəsində su olmayacaq
- 17:00 Hazırda 40 dərəcə isti var
- 16:46 "Zirə" onunla yollarını ayırdı
- 16:33 Xırdalanda bu tarixdə işıq olmayacaq
- 16:15 UEFA bu klublarımıza ödəniş etdi
- 16:10 "Qəzzada tək atəşkəs kifayət etməyəcək" - Quterreş
- 16:07 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi
- 16:03 "Trampın bəyanatları çox ciddidir" - Kreml
- 15:56 Koreyalı aktrisa vəfat etdi
- 15:44 Trampın Zelenskiyə sualı - "Moskvanı vura bilərsinizmi?"
- 15:30 Vətəndaşların məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa edildi
- 15:16 Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
- 15:03 Milli parklara səfər edən turistlərin SAYI
- 15:00 "Vaqif Poeziya Günləri" Qazaxda başladı
- 14:56 Marsın ilk yaxından çəkilmiş fotoşəkili - 60 il keçdi
- 14:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
- 14:44 Süni İntellekt məlumat mərkəzləri qurulacaq – Yüz milyardlarla dollar sərmayə
- 14:33 Elektrikli avtomobil satışları artdı
- 14:20 Avropa bu transferdən danışacaq - Rekord qıra bilər
- 14:14 Keçmiş futbolçuya AFFA-da vəzifə verildi
- 14:02 Yeni milli parkların sahəsi genişləndirildi
- 13:59 Sabah hava necə olacaq?
- 13:50 Kamran Əliyevdən YENİ TƏYİNATLAR
- 13:40 Pakistanda ölənlərin sayı 111-ə çatdı
- 13:35 "Qalatasaray"dan İkardi ilə bağlı qərar - Prosesə başlanıldı
- 13:26 İsrail Suriyanın bu şəhərinə hava zərbələri endirdi
- 13:20 ""Xalq artisti" adını sənə sponsorun da verdirə bilər"

