İtalyan moda firması olan “Cap-able” insanları təhlükəsizlik kameralarından gizlədə biləcəyini iddia etdiyi yeni trikotaj kolleksiyasını təqdim edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cap-able, “Manifesto” adlı kolleksiyasını "kimliyinizi qorumaq üçün geyilə bilən alqoritm" kimi təsvir edir.
Kolleksiyanın bir hissəsi kimi buraxılan köynəklər 252 funt sterlinqə (531.03 AZN), sviterlər 370 funt-sterlinqə (779.68 AZN), idman kostyumları isə 245 funt-sterlinqə (516.27 AZN) satılır.
Şirkət iddia edir ki, istifadə etdikləri texnika ilə kamuflyaj texnologiyası olan “rəqib yamaqlar” adlı şəkilləri trikotaj seriyalarına köçürə bilir.
Cap-able tərəfindən edilən şərhə görə, istifadə edilən texnologiya süni zəkanı aldadır, təhlükəsizlik kamerasının sizi təsbit etməsinə mane olur və ya kameraların sizi “heyvan” kimi yanlış kateqoriyada qiymətləndirməsinə imkan verir. Şirkətin istifadə etdiyi nümunələr arasında itlər, zürafələr və zebralar var.
Manşet.az