Türkmənistan XİN Azərbaycanın İrandakı səfirliyinə hücumu pislədi

18:38 - 28 Yanvar 2023

Türkmənistan XİN Azərbaycanın İrandakı səfirliyinə hücumu pislədi

Türkmənistan Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.

 

Manset.az xəbər verir ki, “Türkmənistan diplomatik nümayəndəliklərə hücumların və diplomatik qurumların əməkdaşlarına qarşı hər hansı zorakılığın yolverilməz olduğunu bəyan edir”, - deyə ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc olunan məqalədə vurğulanıb.

Bəyanatda mərhumun doğmalarına və yaxınlarına başsağlığı verilib, həmçinin Azərbaycanın İrandakı səfirliyinin xəsarət almış əməkdaşlarına şəfa dilənib.


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin