Bakıdan Tehrana TƏRS SİLLƏ - İran VİRANA DÖNÜR: Molla rejimi HƏDƏF TAXTASI oldu

09:53 - 30 Yanvar 2023

Bakıdan Tehrana TƏRS SİLLƏ - İran VİRANA DÖNÜR: Molla rejimi HƏDƏF TAXTASI oldu

İran molla-fars rejimi hər ötən gün daha çox təhlükəli hal almağa başlayır. Bunu Tehrandakı Azərbaycan səfirliyinə edilən terror hücumu da təsdiq edir. 44 günlük müharibədən sonra Ermənistanın təhlükəsizliyi, sərhədlərin toxunulmazlığı məsələsinə "Qırmızı xətt" mesajları ilə başlayan, Araz vadisi boyunca keçirdiyi hərbi təlimlər, sonra isə İran mediasının Azərbaycanı açıq şəkildə hədəf alması ilə davam edən molla rejiminin Bakıya qarşı təzyiqləri  bir nəticə verməyincə mollabaşların növbəti dəfə nə edəcəklərini bilinməz hala gətirir.

Son hadisələr də deməyə əsas verir ki, İran-Azərbaycan münasibətləri ən kəskin dövrünü yaşayır. Proseslər isə artıq ən azı molla rejimi dəyişməyənə kimi Bakı ilə Tehranın münasibətlərinin əvvəlki kimi olmayacağından xəbər verir. Gör molla-fars rejimi nə həddə çatıb ki, Azərbaycanın diplomatlarını hədəf almaqla Bakıya gözdağı vermək niyyətinə düşdü. Bəli, bu məhz rejimin öz oyunu, öz planı idi. Teraktla bağlı əldə edilən bütün videomateriallardan da bu ehtimal özünü hər cür doğruldur. 

Öncə səfirlik binası önündəki İran hüquq-mühafizə orqanlarının əməkdaşı hadisəni kənardan seyirci olaraq izləməsi, hadisələrə müdaxilə etmək üçün təşəbbüs göstərməməsi, ardınca teraktdan sonra hadisə yerinə gələn Tehran polisi bütün açıqlamaları ilə bu qanlı olaya ailə-məişət donu geyindirmək cəhdi, ən dəhşətlisi isə terrorçudan Vətən müharibəsindən sonrakı mərhələdə anti-Azərbaycan təbliğatı ilə demək olar hər gün Bakıya təhdid dolu mesajlar verməklə məşğul olan "Səhər" telekanalı başda olmaqla, cənubluların digər televiziya kanalları növbə ilə heçnə olmamış kimi çox rahatlıqla müsahibə almaq üçün yaradılan şərait deməyə əsas verir ki, bu plan məhz İran ali dini lerinin başı altından çıxıb. 

Onu da unutmaq olmaz ki, İran Azərbaycan səfirliyinə hücum edilən ilk müsəlman ölkəsi kimi tarixə düşdü. Eyni zamanda İranda terror hücumunun edildiyi ilk müsəlman ölkəsi də Azərbaycan oldu. Onu da nəzərə almaq lazımdır ki, o ölkədə tarix boyu diplomatlara, səfirlik əməkdaşlarına qarşı terror əməli rejimin icazəsi olmadan heç vaxt həyata keçirilməyib. Bu detal özü də bir daha deməyə əsas verir ki, səfirlik binamıza edilən terror hücumu birbaşa olaraq molla rejiminin ali liderinin göstərişi əsasında verilən bir tapşırıqdır. 

Yoxsa niyə şəhidin nəşi heç ortalıqda götürülməmiş terrorçuya əməlinə, törətdiyi terakta haqq qazandırmaq, özünü ifadə etmək, beynəlxalq ictimaiyyətin fikrinə təsir etmək məqsədi ilə belə bir imkan yaradılsın?!

Azərbaycan İranın tarix boyu bizə qarşı olan yanaşmasını hər zaman açıq şəkildə dilə gətirməsə də həmişə bundan xəbərdar olub. Bunu o dəhşətli terror olayından sonra rəsmi Bakının verdiyi qərar da təsdiqləyir. Belə ki, ötən axşam  xarici işlər nazirinin müavini Xələf Xələfov keçirdiyi brifinqdə bildirdi ki, "Biz səfirliyin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq, fəaliyyət tam dayanıb. Orada 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının qorunması ilə bağlı səfirlikdə qalacaq, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər". 

Bu açıqlama deməyə əsas verir ki, hadisədən saatlar sonra İranın XİN rəhbəri Abdullahian Ceyhun Bayramova, rəisi İlham Əliyevə zəng edərək bu terror əməlinə görə üzüldüklərini nümayiş etdirməyə çalışsalar da Bakı artıq molla-fars rejiminin əsl simasını, xislətini çox yaxşı bilir. İran rəsmilərinin yaralılara baş çəkmək üçün xəstəxanaya getmələri də sadəcə görüntü xatirinə, sırf Azərbaycan və Cənubdakı sadə insanların gözündən pərdə asıb, özlərini günahsız, hadisədən xəbərsiz göstərmək adına atılmış addımdan başqa bir şey deyil. Bunu əsas odur ki, Bakı çox yaxşı bilir. Elə ona görə də Azərbaycan dövləti dərhal İranda diplomatik fəaliyyəti dayandırmaq qərarı verdi.

Xələfovun açıqlaması eyni zamanda o anlama gəlir ki, artıq Azərbaycan İrandakı mola rejiminə zərrə qədər də olsun güvənmir. Onlardan bundan sonra istənilən şeytan əməlini gözləyirik. Necə ki, Tehranda səfirliyimizə silahlı hücum zamanı Vasif Tağıyevin özünü terrorçunun üzərinə atıb, onu zərərsizləşdirmək cəhdi olmasaydı, həmin binada yerləşən diplomatlarımızın bütün hamısının özlərindən tutmuş, orada yaşayan ailələrinin də gələcək taleləri sual altında ola bilərdi. Çünki terror hücumunun videokadrlarından da görünür ki, cinayətkarın məqsədi binadakı son nəfərə kimi atəş açıb öldürmək olub. Böyük ehtimalla isə oradakı bütün soydaşlarımızı xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun taleyi gözləyirdi. 

Xələf Xələfovun açıqlamalarından o da gün kimi aydındır ki, səfirlik binamıza edilən hücumun terror aktı olduğuna dair rəsmi Bakıda dəlillər var və Tehranın “məişət hadisəsi” iddiaları qəbul edilmir. İndidən istintaqı “məişət hadisəsi” iddiası üzərində fokuslamağa çalışan molla rejiminin öz iddiasını əsaslandırmaq üçün daha təəcübləndirici "səbəblər" ortaya çıxaracağı da indidən şübhə edilmir.

Özü üçün bu qədər qorxunc obraz yaradan, təhlükəli görünməyə başlayan, gözünü qan alan İran molla rejiminin bu halı tək Azərbaycan üçün yox, bütün dünya üçün təhdidə çevrilməkdədir. Böyük ehtimalla bunu elə ABŞ və İsrail də Azərbaycan səfirliyinə edilən terror hücumundan sonra bir daha özləri üçün dəqiqləşdirmiş oldular. Çox güman ki, Təl-Əviv və Vaşinqton bir məsələdə ortaq məxrəcə gəldilər - İran nüvə çalışmalarından əl çəkməyib və istənilən an nüvə silahı əldə edib, bizə qarşı istifadə etmək ehtimalı yüksəkdir.

İran rəsmiləri və din xadimləri nüvə silahının İslama zidd olduğunu vurğulasalar da, molla rejiminin hansı xislət sahibi olduqları kim üçünŞ hansı dövlət üçün bəlli olmasa da artıq Azərbaycana tamamilə bəllidir. Sirr deyil ki, bu gün mollabaşlar var sürəti ilə uranı zənginləşdirməklə məşğuldurlar. Məqsəd nüvə silahına yiyələnməkdir. İran nüvə silahı əldə etdikdən sonra bu ölkə ilə müharibə hamı üçün təhlükəli olacaq.

İsrail təhlükəsizliyi üçün bunu ciddi təhdid mənbəyi saymaqda haqlıdır. Ona görə də İsrail tələsir. Bu səbəbdən də İsrail yanvarın 29-da gecə saatlarında İran ərazisinə zərbələr endirdi. Düzü, bu hücumun məhz ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün İsrailə səfəri ərəfəsinə təsadüf etməsi sıradan bir hadisəyə bənzəmir. İstina edilmir ki, bu hücum elə məhz ABŞ-la razılaşdırılıb. Nəzərə alsaq ki, ABŞ prezidenti Co Bayden son açıqlamalarında İranla qarşıdurmanın baş verəcəyini istisna etmirdi, o zaman başqa sözü yer qalmır.

Düzü, hazırki duruma görə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların aparılması gözlənilməsə də, əsasən, nüvə obyektləri, ölkənin strateji sinirlərinin toplandığı hərbi təsisatların hədəfə alınacağı ehtimalları çox yüksəkdir. İsrailin İrana qarşı hərbi güc tətbiqinin miqyası həmin obyektlərin miqyası üzrə genişlənə bilər. Molla rejiminin İsraildən çəkingənliyi çoxdur, çünki Təl-Əvivin həm kəşfiyyat, həm ən müasir silah arsenalı, həm də beynəlxalq dəstək baxımından imkanları daha böyükdür.

Hər nə olur-olsun, gözəgörünməz müharibələr belə, regional konfiqurasiya ətrafında təhdid oxları formalaşdırır, elə bu oxların limitləri aşmaması üçün ABŞ ilə İsrail arasındakı danışıqların bundan sonra daha da intensivləşəcəyi gözlənilir. 

Böyük ehtimalla...

1. ABŞ artıq İsraili İrana qarşı güc tətbiqinə tələsməyə təşviqdə maraqlıdır

2. Vaşinqton Təl-Əvivi Tehrana qarşı birgə fəaliyyət planına kökləmək niyyətindədir

Molla rejiminin təhdidlərinin və hədələrinin kulminasiya nöqtəsinə çatması ehtimalı İsrailin strateji tərəfdaşı Azərbaycan üçün də həssas məqamları özündə ehtiva edir. Yaxşı olar ki, Tehran Azərbaycana qarşı tutduğu mövqedən çəkinərək praqmatik xarici siyasətə mehr salsın, əks halda Bakı da Tehrana qarşı beynəlxalq təzyiq kampaniyasının yaratdığı faydaları öz strateji maraqları kontekstində genişləndirə bilər ki, bu molla rejiminin sonunu daha da tezləşdirə bilər. Azərbyacan diplomatlarına qarşı terakt planının sifarişçisi olan rejimin artıq məhv olma prosesi daha da sürətləndi...

Artıq İran və İsrail bir çuvala sığmır. Hadisələrdən aydın görünür ki, tərəflər arasında qeyri-nizami müharibədən açıq müstəviyə keçid yaşanır. Böyük hadisələrin baş verəcəyi barizdir. Tərəflər seçilib, bunu isə ilk olaraq elə molla-fars rejimi Ermənistan sevdası ilə ortaya qoydu. Mövqelər dəgöstərilib, heç bir dövlət, rejim Azərbaycanın daxili işinə, haq məsələsinə burun soxa, ona müdaxilə edə bilməz. Etsə də nəticə belə olacaq. Son aylarda iki ölkə arasında münasibətlər media vasitəsilə daha açıq ifadə olunmaqda idi. Səfirliyimizin təxliyyəsindən sonra diplomatik təmsilçiliyin də dayandırılmasının elan edilməsi deməyə əsas verir ki, regionda eskalasiya riski dayanmadan artır.

Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az