Fələstin prezidenti Mahmud Abbas ABŞ-dan İsrailə təktərəfli addımlar atmaması və imzalanmış müqavilələrə əməl etməsi üçün təzyiq göstərməsini istəyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Abbas Ramallahda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns ilə görüşüb.
O, görüşdə İsrailin fələstinlilərə hücumları ilə bağlı "təhlükəli gedişat" haqqında məlumat verib və İsrailin təktərəfli hərəkətlərinə son qoyulması və imzalanan razılaşmalara əməl olunması üçün təzyiqlər edilməsi lazım olduğunu bildirib.
Manşet.az