Qazaxıstanın Rusiyadakı səfirliyi Azərbaycana başsağlığı verdi

15:51 - 30 Yanvar 2023

Qazaxıstanın Rusiyadakı səfirliyi Azərbaycana başsağlığı verdi

Qazaxıstanın Rusiyadakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumla bağlı ölkəmizin Moskvadakı diplomatik nümayəndəliyinə nota göndərib.

 

Bu barədə Manset.az-a Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilb.

Notada bildirilir ki, Qazaxıstanın Rusiyadakı Səfirliyi baş vermiş silahlı hücum nəticəsində həyatını itirmiş Orxan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralanmış Vasif Tağıyev və Mahir İmanova isə şəfalar diləyir.

Bundan əlavə qeyd olunur ki, dinc insanlara, o cümlədən xaricdə diplomatik xidmətdə olan şəxslərə qarşı istənilən silahlı hücum beynəlxalq hüququn prinsiplərinə və insan mənəviyyatına ziddir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az