"Whatsapp"dan daha bir YENİLİK

18:30 - 30 Yanvar 2023

\"Whatsapp\"dan daha bir YENİLİK

"WhatsApp"da elan qruplarında paylaşımlara reaksiyalar vermək mümkün olacaq.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" saytı məlumat dərc edib.

Qeyd olunur ki, qrup adminlərinin icazəsi ilə təklif olunan reklamlara və ya elanlara münasibət bildiriləcək.

Şirkət yeni funksiyanın faydalı olacağını diqqətə çatdırıb. İstifadəçilərin sadəcə reaksiya əlavə etməklə öz rəylərini bildirə biləcəkləri vurğulanıb.

Həmçinin reaksiya bildirən istifadəçilərin nömrələri gizli saxlanılacaq.

Yeni funksiya inkişaf mərhələsindədir və hələ istifadəçilər üçün əlçatan deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az