ABŞ-ın dövlət katibi Antoni Blinken Yaxın Şərq səfərinin ilk dayanacağı Misirdən sonra dünən İsraildə olub.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşən Blinken İrana qarşı birgə mübarizə mesajı verib və Fələstin məsələsinin ikidövlətli həllini vurğulayıb.
![]()
“Birləşmiş Ştatlar Fələstin probleminin ikidövlətli həlli baxışına sadiq qalır. Bizi bu baxışdan uzaqlaşdıran istənilən addım İsrailin təhlükəsizliyinə və uzunmüddətli yəhudi demokratiya ölkəsi olmaq kimi hədəfinə zərər verəcək” - ABŞ-ın dövlət katibi deyib.
O, iki ölkənin İranın nüvə silahı əldə etməməsi mövzusunda həmfikir olduğunu vurğulayıb.
İsrailin baş naziri Benyamin Netanyahu deyib: “İsrailin siyasəti İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün əlindən gələni etməkdir”.