Tramp "Washington Post"un jurnalistini məhkəməyə verdi - SƏBƏB

15:30 - 31 Yanvar 2023

Tramp \"Washington Post\"un jurnalistini məhkəməyə verdi - SƏBƏB

ABŞ-nin keçmiş prezidenti Donald Tramp məşhur amerikalı jurnalisti Bob Vudvordu məhkəməyə verib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "Politico" qəzetinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, buna səbəb Tramp onun razılığı olmadan öz müsahibələrinin səsyazmalarının olduğu audiokitabı dərc etməsi olub.

İddia ərizəsində Tramp yalnız gələcəkdə çap olunacaq kitab üçün məlumat verdiyi barədə Vudvorda dəfələrlə xəbərdarlıq etdiyi bildirilib. O qeyd edib ki, jurnalist səs yazılarını ondan xəbərsiz yayıb.

Eks-prezident həmçinin audiokitabın satışından heç bir qonorar almadığını deyib və buna görə də maddi itkilərlə üzləşdiyini iddia edib.

"Associated Press"in məlumatına görə, Tramp təzminat olaraq 50 milyon dollar tələb edib.

Ərizəsi ABŞ-nin Florida ştatının Pensakole bölgə məhkəməsinə təqdim edilib.

Qeyd edək ki, Bob Vudvord "Washington Post"un jurnalistidir. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az