Yanvarın 28-də İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş verən 5,8 bal gücündə zəlzələ nəticəsində 3500 evə ziyan dəyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qərbi Azərbaycan Mənzil İdarəsinin rəhbəri Cafer Berzeger zəlzələ nəticəsində dağılan evlər barədə məlumat verib
"Zəlzələdə ən azı 3500 evə 20 faizdən 80 faizə qədər ziyan dəyib”.
Bildirilir ki, Xoy zəlzələsində evləri dağılan iranlılardan bəziləri idman salonları və ictimai binalara yerləşdirilib.
Manşet.az