ABŞ Konqresindəki 27 senatordan ibarət qrup Türkiyəyə F-16 döyüş təyyarələrinin satışı ilə bağlı ABŞ prezidenti Co Baydenə məktub yazıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məktubda bildirilib ki, İsveç və Finlandiya NATO üzvlüyünü təsdiqləyənə qədər Konqres Türkiyəyə 20 milyard dollarlıq F-16 satışını dəstəkləyə bilməz. İki Skandinaviya ölkəsinin Türkiyənin NATO-ya üzvlük üçün təqdim etdiyi şərtləri yerinə yetirmək üçün "tam və vicdanlı səylər" göstərdiklərini ifadə edərək, "NATO-ya üzvlük protokolları Türkiyə tərəfindən təsdiqləndikdən sonra Konqres F-16 döyüş təyyarələrinin satışını nəzərdən keçirə bilər. Bunun edilməməsi satışın sorğulanmasına səbəb olacaq” – deyə bildirilib.
“Rusiyanın Ukraynaya təcavüzü davam edərkən Türkiyənin dəyərli NATO müttəfiqi” olduğu vurğulanan məktubda iki ölkənin NATO üzvlüyünü təsdiqləməməsinin ABŞ-Türkiyə münasibətlərinə kölgə saldığı bildirilib. Bildirilib ki, iki ölkənin üzvlüyünün təsdiqlənməməsi NATO-nun təhlükəsizliyi, eləcə də Avropa Rusiya prezidenti Vladimir Putinin təhdid etməkdə davam etdiyi beynəlxalq dünya nizamı üçün risk yaradır.
Manşet.az