Suriyada zəlzələdən ölənlərin sayı 3317 nəfərə çatdı - VİDEO

01:21 - 10 Fevral 2023

Suriyada zəlzələdən ölənlərin sayı 3317 nəfərə çatdı - VİDEO

Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə Suriyanın müxtəlif bölgələrində ölənlərin sayı 3 min 317, yaralıların sayı isə 5 min 245-ə çatıb.

 

Manset.az SANA xəbər agentliyinı istinadən xəbər verir ki, Suriyada zəlzələdən zərər çəkən İdlib, Hələb, Hama, Latakiya və Tartus əyalətlərində axtarış-xilasetmə işləri fevralın 6-dan davam edir.
 
Hələb, Latakiya, Hama və Tartus əyalətlərində Əsəd rejiminin nəzarətində olan bölgələrdə 1347 nəfər həyatını itirib, 2 min 295 nəfər isə yaralanıb.


Suriyanın şimalında müxalifətin nəzarətində olan ərazilərdə çoxlu binalar dağıdılıb və ya zədələnib. Suriya İnsan Haqları Şəbəkəsi (SNHR), Mülki Müdafiə (Ağ Dəbilqəlilər), yerli hakimiyyət orqanları, səhiyyə təşkilatları və yerli mənbələrdən əldə edilən məlumata görə, Suriyanın İdlib və Fərat Qalxanı və Zeytun Budağı əməliyyatı bölgələrində ən az 1970, 2950-dən çox adam lüb, daha çox insan yaralanıb. Müxalifətin nəzarətində olan ərazilərdə xilasetmə işlərinə Suriya Milli Ordusunun (SMO) üzvləri də cəlb olunub.

Evləri dağılmış və ya zədələnmiş zəlzələdən sağ çıxanlar gecəni küçələrdə və ya müvəqqəti çadırlarda keçirirlər. Suriyanın şimalındakı bölgələrdəki yerli qeyri-hökumət təşkilatları təcili yardım çağırır.

Jalə

Manşet.az

 

 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az