“Real Madrid” dünyanın ən güclü komandası oldu

09:13 - 12 Fevral 2023

“Real Madrid” dünyanın ən güclü komandası oldu

“Real Madrid” klublararası dünya çempionatının qalibi olub.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ispaniyalılar finalda Səudiyyə Ərəbistanının “Əl Hilal” klubunu məğlub ediblər.

İngiltərəli Entoni Teylorun idarə etdiyi oyunun 13-cü dəqiqəsində Kərim Benzemanın dəqiq ötürməsindən sonra Vinisiusa topu qola çevirib. Beş dəqiqə sonra Federiko Valverdenin hesabı 2-yə çatdırıb. 26-cı dəqiqədə isə “Əl Hilal”ın oyunçusu Musa Mareqa komandasının ilk qolunu vurub.

54-cü dəqiqədə Kərim Benzemanın zərbəsi növbəti dəfə dəqiq olub. Daha sonra Federico Valverde fərqlənib. Lusiano Vyetto komandalar arasındakı fərqi ikiyə endirsə də, “Əl Hilal”ın sevinci uzun çəkməyib. 6 dəqiqə sonra Vinisius hesabdakı fərqi artırıb. 79-cu dəqiqədə Lusiano Vyetto yenidən fərqlənib. Bununla da matç 5:3 hesabı ilə ispaniyalıların üstünlüyü ilə yekunlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az