Mişeldən Ərdoğana: Türkiyə tək deyil

22:44 - 12 Fevral 2023

Mişeldən Ərdoğana: Türkiyə tək deyil

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

 

Manset.az xəbər verir ki, bu barədə Mişel özünün "Twitter" hesabında məlumat yayıb.

O qeyd edib ki, telefon danışığı zamanı Türkiyə xalqına başsağlığı verib, həmrəylik və dəstək ifadə edib.

"Türkiyə tək deyil. Avropa İttifaqı və üzv dövlətlər dəstəyi səfərbər etməyə davam edəcəklər", - deyə Mişel bildirib.

Aİ prezidenti Suriyaya humanitar çıxışı təmin etdiyinə görə Türkiyəyə təşəkkür edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az