Seneqal xilasetmə işlərinə dəstək olmaq üçün Türkiyəyə 30 nəfərlik axtarış-xilasetmə qrupu göndərib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,
Seneqal Yanğından Mühafizə İdarəsinin 30 nəfərdən ibarət axtarış-xilasetmə qrupu Dakar Blez Diaqne Beynəlxalq Hava Limanından Adana Hava Limanına getmək üçün yola düşüb.
Komanda Adanada quru yolu ilə Hatay'a gedəcək və oradakı axtarış-xilasetmə işlərinə qatılacaq.
Komanda rəhbəri Djibril Sall bildirib ki, xilasedicilər qrupu 2012-ci ildən Seneqal Yanğın Xidmətinin tərkibində işləyir.
Meydandakı çətin şəraitin onları qorxutmadığını vurğulayan Sall, "Tək istəyimiz hələ dağıntılar altında olan canlara çatmaqdır. Hər cür çətinliyə hazırıq, türk xalqının yanındayıq" – deyib.
Saharaaltı Afrikada bu sahədə ən təchizatlı komanda olduqlarını deyən Sall, Seneqaldakı çökmə ilə bağlı bütün axtarış-xilasetmə işlərinin onlar tərəfindən həyata keçirildiyini qeyd edib.
Manşet.az