Boyun disk yırtığı nəticəsində insanın boynunda və qolunda ağrı, uyuşma, keyləşmə, sızıldama, cimildəşmə və gücsüzlük müşahidə edilir. Diaqnozun qoyulması üçün ilkin olaraq həkim nevroloji müayinə edir. Ondan sonra isə lazım olarsa, maqnit rezonans tomoqrafiya - mrt edilir.
Xəstələrin kliniki vəziyyətindən asılı olaraq disk yırtığının ölçüsündən asılı olmayaraq xəstələrin əksəriyyəti fizio terapiya və M6 Robotik Asa Lazer ilə müalicə alaraq müsbət nəticə görə bilərlər.
Bir qisim xəstələr vardır ki, müalicələrdən fayda görmədikdə, ağrılar davamlı olduqda əllərdə zəiflik getdikcə artdığı müddətdə onlar disk yırtığı əməliyyatı olurlar.
Neyrocərrah Professor Əliosman Qədimbəyli tərəfindən Almaniyanın Zeiss Opmio Vario 700 cihazı ilə mikroskopik olaraq ən müasir boyun qrija əməliyyatları həyata keçirilir və həmin nahiyyəyə süni implant disk qoyulur ki, gələcəkdə bir daha həmin xəstələrdə eyni nahiyyədə yırtıq yaranmır. Önəmli olan odur ki, ağrılar olduğu zamanda həkimə müraciət edilsin. Əks halda boyun qrijası vaxtında və doğru müalicə olunmadıqda əlillik ilə nəticələnə bilir.