COVID-19-a qarşı illik peyvənd sxeminə keçilə bilər- Avropa Dərman Agentliyi

21:03 - 15 Fevral 2023

COVID-19-a qarşı illik peyvənd sxeminə keçilə bilər- Avropa Dərman Agentliyi

Avropa Birliyinin (Aİ) dərman tənzimləyicisi, Avropa Dərman Agentliyi (EMA), qış mövsümü zamanı qrip üçün vurulan peyvənd kimi, COVID-19-a qarşı da illik peyvəndin edilə biləcəyini açıqlayıb.

 

Manset.az xəbər verir ki, EMA-nın peyvənd strategiyasına cavabdeh rəsmisi Marko Kavaleri mətbuat konfransında COVID-19-un səhiyyə sisteminə əhəmiyyətli məsuliyyət qoymağa davam etdiyini söyləyib.

Yaşlılar, hamilə qadınlar və xroniki xəstəlikləri olanlar kimi həssas qruplar üçün kifayət qədər gücləndirici peyvənd dozasının olmaması ilə bağlı narahatlığın hələ də olduğunu bildirən Kavaleri, peyvənd kampaniyaları ildə bir dəfə və qışın əvvəlində həyata keçirilə bilər deyib.

Kavaleri bu məsələ ilə bağlı beynəlxalq tərəfdaşlarla danışıqların davam etdiyini bildirib.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az