Naxçıvanda daha bir qurumda yoxlamalara başlanıldı

11:43 - 17 Fevral 2023

Naxçıvanda daha bir qurumda yoxlamalara başlanıldı

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində yoxlamalara başlanılıb.

 

Manset.az xəbər verir ki, Naxçıvan kənd təsərrüfatı nazirinin müavini Fikrət Həsənov məlumatı apa-nın yerli bürosuna təsdiq edib.

O bildirib ki, Azərbaycan Respublikası Hesablamalar Palatasının 2023-cü il iş planına əsasən, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditi aparılır.

Yoxlamalar 1 yanvar 2022-ci il tarixdən 1 yanvar 2023-cü il tarixinədək olan dövrü əhatə edir. Fevralın 15-də başlanan yoxlamalar 18 mart tarixinədək keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az