Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Meteorologiya Baş İdarəsi ölkə üzrə cari quraqlıq xəritələrini dərc edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Standart Yağış İndeksi (SPI) üsulu ilə hazırlanan 3 aylıq xəritədə Əskişəhərin quraqlıq vəziyyəti diqqət çəkib. Əskişəhər üçün quraqlıq xəbərdarlığı edilib.
Ötən ilin avqust-yanvar aylarını əhatə edən 6 aylıq dövrü əhatə edən xəritədə Əskişəhər normal və mülayim quraqlıq olaraq qiymətləndirilərkən, son 3 ay əsasında hazırlanan xəritədə “çox şiddətli quraqlıq” təhlükəsi ilə qiymətləndirilib.
Manşet.az