Malatyada böyük ziyan dəymiş 22 binanın dağılmasına səbəb olan 5,6 bal gücündə zəlzələ təhlükəsizlik kameralarına əks olunub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, zəlzələ nəticəsində azı 22 bina dağılıb. Zəlzələnin şiddəti şəhərdəki bəzi təhlükəsizlik kameralarında da əks olunub.
Uçmuş binaların altında qalan 5 nəfər xilas edilib, 69 nəfər xəsarət alıb, 1 nəfər həlak olub.
Bildirilib ki, zəlzələ nəticəsində ağır ziyan dəymiş 4 mərtəbəli binanın sonuncu mərtəbəsindəki mənzildən əşya götürməyə çıxan ata və qızın axtarışları aparılır.
Manşet.az