Ağ Ev "TikTok"la bağlı son qərar verəcək

22:38 - 2 Mart 2023

Ağ Ev

"ABŞ-da "TikTok"u qadağan edən qanun layihəsi 16 əleyhinə 24 səslə təsdiqlənib və son qərarı Ağ Evə verəcək".
 

 

Manset.az Haberler.cm-a istinadən xəbər verir ki, Baydenin qərarından asılı olaraq, tətbiq bütün ABŞ-da qadağan ediləcək. Digər tərəfdən, Avropa Birliyinin belə bir qərar verə biləcəyi məlumatlar arasındadır.

"TikTok" xüsusilə gənclərin zehni inkişafına mənfi təsir göstərdiyi üçün dəfələrlə araşdırmalara məruz qalıb. Lakin ABŞ və Aİ-nin araşdırmasına məruz qalmasının əsas səbəbi bu deyil. Bu yaxınlarda Çin hökumətinin TikTok vasitəsilə vətəndaşların məlumatlarına daxil olduğu iddia edilib.


"TikTok"un ana şirkəti Bytedance dəfələrlə bu iddiaların əsassız olduğunu bildirib, lakin məlumatları Çinə qaçaqmalçılıq yolu ilə keçirən bəzi şəxsləri qəbul etdiyinə görə haqqında istintaq başladılıb. İş o yerə çatıb ki, şirkət üstüörtülü də olsa, bu iddiaları qəbul edib.

Jalə 

Manşet.az


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin