Bu yolda sürət həddi endirildi
14 Noyabr 2024
18:48 - 20 Mart 2023
“Ermənistan Üçtərəfli bəyanatın müddəalarını kobud surətdə pozmaqdadır”.
Manset.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
Ziyafət Əsgərov deyib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransındakı açıqlamalarında Azərbaycanın Üçtərəfli bəyanata əməl etmədiyi barədə dedikləri riyakarlığın təzahürüdür: “Bu aspektdə Ermənistanın xüsusən son dövrlər atəşkəsi müntəzəm pozması diqqət çəkir. Xüsusən Avropa missiyasının gəlməsindən sonra bu çətir altında Ermənistan özünü daha rahat hiss etməyə başlayıb və atəşkəsi pozmaqdan çəkinmir. Ermənistan daha da azğınlaşıb, çox ciddi təxribatlara əl atıb. Elə mart ayının 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin mövqelərimizi atəşə tutması və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması da bunun növbəti təzahürüdür. Ermənistanın hazırkı davranışı onu göstərir ki, Ermənistan sanki Avropa İttifaqı missiyasının gücünü hiss edərək yeni təxribatlara əl atır. Avropa İttifaqının missiyası gəldikdən sonra artıq neçənci dəfədir ki, Ermənistan ənənəvi davranışlarını təkrarlayır. Hazırda Azərbaycan xalqı Novruz bayramını qeyd edir. Məhz belə gündə təxribat törədilməsi Ermənistan rəhbərliyinin bütün mənəvi dəyərlərdən uzaq olduğunu nümayiş etdirir. Təbii ki, hazırkı insidentə görə Avropa İttifaqı da birbaşa məsuliyyət daşıyır. Azərbaycan daha öncədən bəyan etmişdi ki, Ermənistan onun çətirinin altında gizlənərək yeni təxribatlara rəvac verəcək”.
Parlamentin komitə sədri Ermənistan tərəfinin hələ də Üçtərəfli bəyanata zidd olaraq, öz silahlı qüvvələrini də Azərbaycan ərazilərindən tam olaraq çıxarmadığını nəzərə çatdırıb: “Ermənistan bu gün də Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir, Azərbaycanın Qarabağ bölgəsində silahlı qüvvələrini saxlamaqda davam edir. Üçtərəfli bəyanata zidd olaraq Ermənistanın Laçın dəhlizindən silah, texnika və hərbçilər daşıyıb, Azərbaycan ekofəallarının aksiyası fonunda isə Rusiya sülhməramlılarının nəzarəti və müşayiəti altında Xankəndi-Xədəfli-Turşsu torpaq yolu ilə müxtəlif təyinatlı hərbi yüklərin, hərbçilərin daşınması müşahidə edilir. Azərbaycan tərəfi bununla bağlı dəfələrlə bəyanatlar səsləndirib. Ən pisi də odur ki, bu proseslər Rusiya sülhməramlı qüvvələrinin nəzarəti və müşayiəti altında həyata keçirilir. Eyni zamanda Üçtərəfli bəyanat imzalanarkən verdiyi vədə baxmayaraq, Ermənistan hələ də Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndi daxil olmaqla, bir sıra yaşayış məntəqələri və əraziləri işğal altında saxlamaqda davam edir”.
Parlamentin komitə sədri Laçın yolundan hər gün humanitar və təminat təyinatlı çoxlu sayda maşın keçdiyini xatırladıb: “İstər Beynəlxalq Qızıl Xaç Komitəsinin, istər humanitar təyinatlı avtomobillərin, istərsə də Rusiya sülhməramlılarının təminat avtomobillərinin aksiya keçirilən yerdən keçməsi üçün heç bir maneə yoxdur, hər gün sərbəst keçid təmin olunur. Bu, bir daha Ermənistanın Laçın yolunun bağlanması barədə iddiaların heç bir əsası olmadığını göstərir”.
Ziyafət Əsgərov Laçın dəhlizinin bağlanması ilə bağlı əsassız iddialarla çıxış edən Ermənistanın Üçtərəfli bəyanatı kobudcasına pozaraq, Azərbaycanın qərb bölgələrindən Naxçıvana maneəsiz hərəkəti təmin edəcək kommunikasiya xəttinin açılmasına mane olduğunu qeyd edib: “Ermənistan Üçtərəfli bəyanatın bu müddəasının yerinə yetirilməsinə hər vəchlə mane olur, Azərbaycanın qərb bölgələrindən Naxçıvana maneəsiz hərəkəti təmin edəcək kommunikasiya xəttinin açılması istiqamətində heç bir iş görmür, Azərbaycanın bu yöndə təşəbbüslərinə də qarşılıq vermir”.
Parlamentin komitə sədri xatırladıb ki, Ermənistan tərəfi məhz Üçtərəfli bəyanatın imzalanmasından iki həftə sonra hərbçilərini qanunsuz olaraq Azərbaycan ərazisinə keçirib və Azərbaycana qarşı hərbi təxribat törədib. Bu saxlanılan şəxslərin Ermənistan tərəfindən hərbi əsir kimi təqdim etməyə çalışılmasına baxmayaraq, bu şəxslər hərbi əsir kimi tanınmayıb və Beynəlxalq Ədalət Məhkəməsi, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsi bu iddianı və onların azad olunması tələbi rədd edib: “Beləliklə, Ermənistan hərbçilərinin diversiya qrupu kimi təxribat törətmək üçün Azərbaycan ərazisinə keçdikləri təsdiqini tapıb. Ona görə də Ermənistan tərəfinin həmin hərbçilərin guya əsir olması barədə bütün arqumentləri əsassızdır. Azərbaycan 44 günlük müharibədən sonra əsir sayılan bütün şəxsləri Ermənistana qaytarıb, hazırda Azərbaycanda həbsdə olanlar isə diversiya qrupunun üzvləridir. Bu diversiya qrupunun üzvləri Azərbaycan məhkəməsinin qərarları ilə müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Buna görə də Ermənistan tərəfinin həmin şəxsləri əsir kimi təqdim etməsi əsassızdır və demoqogiyadan başqa bir şey deyil.”.
Ziyafət Əsgərov Ermənistanın hələ də mina xəritələrinin hamısını Azərbaycana təqdim etmədiyinə də diqqət çəkib: “Ermənistanın ilk əvvəl 8 ay ərzində mina xəritələrinin mövcudluğunu inkar etməsinə baxmayaraq, sonradan beynəlxalq təzyiqlər nəticəsində bəzi yararsız mina xəritələri təqdim edib. Təqdim edilən mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır, 20-25 faiz civarındadır. Azərbaycan ərazisində baş verən mina partlayışlarının 55%-dən çoxunun Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verdiyi də bəllidir. Ermənistanın məhz bu kimi təxribatları nəticəsində 2020-ci il Vətən müharibəsindən sonra 286 nəfər mina qurbanı olub, onlardan 3 nəfər jurnalist daxil olmaqla 49 nəfər həlak olub. Beləliklə, hələ də Ermənistan mina xəritələrinin hamısını Azərbaycana verməkdən yayınır. Bir neçə gün əvvəl Ağdamda iki nəfərin minaya düşərək həlak olması da bunun nəticəsidir. Bütün bu sadalananlar Ararat Mirzoyanın və onun təmsil etdiyi Ermənistan hakimiyyətinin nə qədər riyakar, böhtançı və həyasız olduğunu bir daha ortaya qoyur. Lakin Paşinyan hakimiyyətinin cəhdləri mənasızdır. Azərbaycan bütün məqsədlərinə nail olacaq".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin