“Böyük dəbilqə”də 7 cüdoçumuz mübarizəyə başlayır

12:48 - 24 Mart 2023

“Böyük dəbilqə”də 7 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Tbilisidə cüdo üzrə “Böyük dəbilqə” turnirinə start veriləcək.

 

Manset.az xəbər verir ki, turnirin ilk günündə yeddi cüdoçumuz tatami üzərinə çıxacaq.

Milli komandamızın üzvlərindən Kəramət Hüseynov Dilşod Xalmatov (Ukrayna), Turan Bayramov (hər ikisi 60 kq) türkmənistanlı Aybek Omirov, Kamran Süleymanov (66 kq) Birləşmiş Ərəb Əmirliklərindən Quram Dzavaşvili ilə qarşılaşacaq.

Qadınların yarışında Leyla Əliyeva (48 kq) çinli Venna Juanq, Gültac Məmmədəliyeva Braziliya təmsilçisi Yasmim Lima, Aydan Vəliyeva Naomi Van Krevel (Niderland), Fidan Əlizadə (57 kq) isə almaniyalı Paulin Starkla üz-üzə gələcək.

Martın 26-dək davam edəcək yarışda Azərbaycan 13 cüdoçu ilə təmsil olunur.


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin