Ermənistan tərəfi mövqelərimizi atəşə tutdu

21:07 - 24 Mart 2023

Ermənistan tərəfi mövqelərimizi atəşə tutdu

Martın 24-ü axşam saatlarında Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri bir neçə dəfə atəşə tutulub.

 

Manset.az Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub.

Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə məruz qalıb.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin