“Qalatasaray” Bakıya gəlib - FOTO/VİDEO

10:10 - 26 Mart 2023

“Qalatasaray” Bakıya gəlib - FOTO/VİDEO

Xeyriyyə oyununda “Qarabağ”ın qonağı olacaq Türkiyə “Qalatasaray”ı Bakıya gəlib.

 

Manset.az xəbər verir ki, İstanbul təmsilçisini daşıyan təyyarə bu gecə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Komandanı hava limanında çoxsaylı azarkeşlər qarşılayıblar. Onlar komandanın ulduzları ilə şəkil çəkdirib, müxtəlif şüarlar səsləndiriblər.

Qeyd edək ki, martın 26-da keçiriləcək “Qarabağ” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.



Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin