Rusiya İrandan yeni PUA-lar aldı

18:16 - 26 Mart 2023

Rusiya İrandan yeni PUA-lar aldı

Martın əvvəlindən bəri Rusiya, ehtimal ki, Ukraynadakı hədəflərə İran istehsalı ən azı 71 “Şahed” dronu atıb.

 

Manset.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik hərbi kəşfiyyat hesabatında qeyd olunb.

Yeni hücumlar fevralın sonundakı dron hücumlarında iki həftə sonra baş verib. Böyük ehtimalla, Rusiya bu fasilə ərzində dron ehtiyatını müntəzəm olaraq doldurub.

Bildirilir ki, Rusiya İran PUA-larını iki istiqamətdən - Krasnodar diyarından və Bryansk vilayətindən havaya qaldırır. Bu, ona Ukrayna ərazisinin geniş sektorunu hədəf almağa imkan verir və ölkənin şimalındakı hədəflərə uçuş vaxtını azaldır. Bu, həm də Ukraynanın hava hücumundan müdafiə vasitələrini yayındırmaq cəhdi sayıla bilər.


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin