Nüvə silahının yayılması narahatlıq doğurur - BMT

20:30 - 28 Mart 2023

Nüvə silahının yayılması narahatlıq doğurur - BMT

Birləşmiş Millətlər Təşkilatı (BMT) bəyan edib ki, Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planları fonunda nüvə silahının yayılması ciddi narahatlıq doğurur.

 

Manset.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirmək hər bir üzv dövlətin məsuliyyətidir.

"Biz bu vəziyyəti çox diqqətlə izləyirik. .", - açıqlamada bildirilir.

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib ki, üzv dövlətlər Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əməl etməli, müqavilənin məsuliyyət və öhdəliklərini yerinə yetirməlidirlər.


Xəbər xətti

24 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin