İran Bakını bu dəfə Moskvadan TƏHDİD ETDİ - Riyakarlığı ifşa edilən rejim niyə aqressivləşir?

09:37 - 30 Mart 2023

İran Bakını bu dəfə Moskvadan TƏHDİD ETDİ - Riyakarlığı ifşa edilən rejim niyə aqressivləşir?

Hazırda Ermənistan və havadarları beynıəlxalq ictimiayyətin qarşısında Azərbaycanı "işğalçı" kimi adlandırmaq üçün dəridən-qabıqdan çıxır. Azərbaycan-Ermənistan şərti sərhəddində son baş verənlərlə bağlı beynəlxalq təşkilatlarda məsələni istər Nikol Paşinyan, istərsə də Ermənistan Xarici işlər nazirliyi qaldırmaqdadır. 

Lakin qeyd ertdiyim kimi, təkcə Ermənistan yox, bəzi qonşu ölkələr də həyəcan təbili çalmağa çalışırlar ki, "Azərbaycanın əsas məqsədi Zəngəzuru, Göyçəni işğal etməkdir, bunun üçün də Azərbaycanı dyrdurmalıyıq". Heç də təsadüfü deyil ki, hadisələrin bu istiqamətdə bir-birini təqib etdiyi bir zamanda iki gün əvvəl İran parlamentində Milli Təhlükəsizlik və Xarici İşlər komitəsinin nümayəndəsi olan deputat Fayed Hüseyn Maliki tərəfindən Azərbaycan əleyhinə bəyanat səsləndirilib.

Artıq İrandakı demək olar ki, bütün dövlət rəsmilərinə tapşırılıq verilib ki, 2 gün əvvəl Azərbaycanın Laçın rayonunda Ordumuzun apardığı uğurlu əməliyyatı işğal kimi adlandırıb. Azərbaycan tərəfinə bəyanatla çıxış edən İran rəsmiləri bildiriblər ki, siz tutduğunuz mövqeləri qoyub geri çəkilməlisiniz, üçtərəli bəyanatın müddəalarını pozursunuz. Sizin əsas məqsədiniz İranı Cənubi Qafqazdan uzaqlaşdırmaqdır. Azərbaycan sionistlərlə bir yerdə regional təhlükəsizliyə zərbə vurur" və s. Belə nəticə çıxır ki, Azərbaycan Ordusunun öz legitim ərazisində Sarıbaba yüksəkliyi istiqamətində 3 km irəliləməsi İranda molla-fars rejiminin yuxusunu əməlli-başlı ərşə çəkib. 

Azərbaycan Ordusunun bu uğurlu əməliyyatını, əlverişli yüksəkliklərdə mövqe tutmağı sionistlərlə uzlaşdırmaq siyasi savadsızlıq yox, fantaziyanın güclü "inkişafının", "təkamülünün" nəticəsi adlandırmaqdan başqa əlimizdən heçnə gəlmir. Əslində Bakı hər şeyi zərgər dəqiqliyə hesablayıb. Məhz bu əməliyyatdan sonra Azərbaycan istər İran, istərsə də Ermənistan tərəfindən bu məsələyə görə çox həyəcan keçirəcəklərini gözləyirdi.

Cənubi Qafqazın növbəti eskalasiya riski ilə üz-üzə olduğu bir məqamda İran XİN rəhbərinin Moskvaya uçaraq rusiyalı həmkarı ilə görüşməsi və oradan səsləndirdiyi mesajlar ümumi mənzərəyə nəzər salmaq və son vəziyyəti öyrənmək adına olduqca önəmli oldu.  

Abdullahian Sergey Lavrovla mətbuat konfransı zamanı bildirib ki, "Cənubi Qafqaz regionuna xarici müdaxilə vəziyyəti daha da çətinləşdirəcək". Əslində bu bəyanat ikibaşlıdır. Abdullahian Moskvada bu bəyanatı Ermənistanın Azərbaycanla sərhəddində fəaliyyətə başlayan Aİ-nin "mülki" missiyası ilə bağlı suala cavab olaraq bildirərək bir güllə ilə iki hədəfi nişan almaq istəyib:

1. İran XİN başçısı bu açıqlama ilə hazırda ən böyük silah tədarükçüsü olan Rusiyaya özünü şirin, tərəf göstərmək istədi

2. Abdullahianın açıqlamasında "xarici müdaxilə" ifadəsinin İsrail-Azərbaycan münasibətlərinin inkişafı, iki ölkə arasında dostluğun dünəndən etibarən yeni müstəviyə (29 martda İsraildə Azərbaycan səfirliyi rəsmən fəaliyyətə başladı) daxil olduğu bir məqamda səsləndirildiyini nəzərə aslaq, İran rəsmisinin bu mesajı daha çox kimə aid etdiyi ilə bağlı heç bir sirr qalmır. 

Abdullahianın regionla bağlı Moskvadakı bəyanatları arasında ən diqqətçəkən açıqlamalardan biri isə "Tehran hər hansı əsaslandırma ilə regionda geosiyasi vəziyyətdə istənilən dəyişikliyi rədd edir" oldu. Bununla da rəsmi Tehran açıq şəkildə regionla bağlı Moskvadan səsləndirilən bəyanatlarının əsas hədəfinin hara olduğunu bildirmiş oldu. Abdullahianın bu fikrindən belə bir nəticə çıxır ki, "İran molla rejimi Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə yaratdığı yeni geosiyasi reallığı heç cürə qəbul etmək fikrində deyil. Rəsmi Bakının üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün Ermənistana etdiyi təzyiqləri və istəkləri deaktivləşdirmək üçün əlindən gələni edəcək. Bunun Azərbaycan dövlətinin legitim hüququ olması Tehranın mövqeyinə və tərəfinə təsir edə bilməz".

Biraz da konkretləşdirsək, İran XİN başçısı Rusiyadan bir daha bəyan etmiş oldu ki, Ermənistan sərhəddi və onun təhlükəsizliyi İranın daxili işidir, qırmızı çizgizisidir. 

İranın son həftələrdə təzyiqlərini artırmasını bir sıra mövcud proseslərə görə situativ olduğunu düşünürəm. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Türkiyədə seçkilər və İsraildə siyasi xaos İranı Cənubi Qafqazda aktivləşməyə daha da həvəsləndirir. Böyük ehtimalla Türkiyədəki seçkilərə doğru İran təhdidin dozasını daha da artacaq. 

İran molla-fars rejimi indi mövcud situasiyadan istifadə etməklə, özünü Cənubi Qafqazda real oyunçu kimi qəbul etdirmək istəyir. Rejim bunun üçün çalışır ki, ağırlığını qoyub regionun balansına yerləşsin, orada ən əlverişli mövqelərdən birində yer tutsun.

 Amma fakt faktlığında qalır ki, Azərbaycan öz tarixinin çətin və həlledici anını yaşayır. İran sərhədlərimizə qoşun yığır, Rusiya Qarabağda məkirli oyunlarından əl çəkmir. Ermənistan isə sosial məsuliyyəti aşağı olan qadın kimi bir himayədardan digərinə qaçır.

Prosesləri yaından izləyən bir şəxs kimi deyə bilərəm ki, Cənubi Qafqaz bu gün sönən oddur, Ermənistanın havadarları tərəfindən hər an alovlanmağa hazır vəziyyətdə saxlanılır. Təəssüf ki, coğrafiya taledir. Amma bir təsəlli məqamımız da var: məhz yerləşdiyimiz coğrafiya bizi vahid döyüşkən xalqa çevirib. Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Bu gün Azərbaycan heç vaxt olmadığı qədər qüdrətli və güclü dövlətdir, istənilən təhdidə də ona uyğun şəkildə cavab vermək üçün kifayət qədər imkanları var. 

Atabəy Türkel 


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin