Tanınmış general Hafiz Musayevə ağır itki üz verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, generalın qardaşı Aydın Musayev uzun sürən xəstəlikdən sonra vəfat edib.
Aydın Musayev uzun illər polis orqanlarında çalışıb.
Qeyd edək ki, Aydın Musayevin qardaşı Hafiz Musayev də uzun müddət hüquq-mühafizə orqanlarında fəaliyyət göstərib.
O, DTX-nin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Hazırda isə Dövlət Sərhəd Xidməti Akademiyasının rəis müavindir.
Manşet.az