Azərbaycan səfərdə Slovakiyaya məğlub oldu
9 Sentyabr 2024
12:14 - 30 May 2023
Yaponiyada baş nazir Kişida Fumionun katibi və böyük oğlu Kişida Şotaro işdən çıxarılacaq.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb rəsmi iqamətgahda verdiyi əyləncə olub.
Partiyanın katibi və oğlu Kişidaya lazımi bildirişləri etdiyi bildirən Yaponiya baş naziri, məsələ ilə bağlı yeni qərar qəbul etdiyini açıqlayıb.
Baş nazir Kişida oğlu Kişidanın rəsmi iqamətgahda davranışının onun katiblik titulu və ictimai məsuliyyətinə görə yersiz olduğunu vurğulayıb.
Katib vəzifəsinə öz oğlunu təyin etmək məsuliyyətini öz üzərinə götürdüyünü qeyd edən Yaponiyanın baş naziri Kişida Şotaronun iyunun 1-də rəsmi vəzifəsindən uzaqlaşdırılacağını açıqlayıb. Baş nazir Kişida, “Təyinatın məsuliyyəti əlbəttə ki, mənimdir və mən bunu ciddiyə alıram. Əzmlə irəliləyərək üzərimə düşən vəzifələri yerinə yetirmək istəyirəm”, deyib.
Jalə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin