Venesiya kanalı yaşıl rəngə büründü - Araşdırma başladı (FOTOLAR)

23:48 - 30 May 2023

Venesiya kanalı yaşıl rəngə büründü - Araşdırma başladı (FOTOLAR)

İtaliyanın turizm mərkəzlərindən biri olan Venesiyada Böyük Kanalın bir hissəsi yaşıl rəngə bürünüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  səhər saatlarında tarixi Rialto körpüsünün yaxınlığındakı hissədə rəngin dəyişdiyini görən yerli sakinlər polisə məlumat veriblər. İtalyan polisi su nümunələri götürərək  geniş miqyaslı araşdırma başlayıb. Suyun rənginin niyə dəyişdiyi hələlik bəlli olmasa da, müxtəlif iddialar irəli sürülüb. İqlim fəallarının tarixi fəvvarələrə kömür tərkibli mayelər tökərək həyata keçirdikləri hərəkətlərin suya yaşıl rəng verdiyi iddia edilir.

Qeyd edək ki,  argentinalı rəssam Nicols Garca Uriburu 1968-ci ildə Venesiya Biennalesi zamanı ekologiyaya diqqət üçün kanalı flüoresan boya ilə boyayıb.

Manşet.az



Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin