Milli Məclisdə Beynəlxalq Parlament Konfransı öz işinə başladı
7 Dekabr 2024
13:04 - 2 İyun 2023
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən “Patent Əməkdaşlığı Sazişi (PCT) və sənaye nümunələrinin beynəlxalq qeydiyyatı üzrə Haaqa Sistemi” mövzusunda regional vebinar keçirilib.
Manset.az xəbər verir ki, Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrindən olan mütəxəssislər üçün onlayn rejimdə təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktor müavini Rövşən Nəsirov iştirak edib.
VebinardaÜƏMT-nın Rusiya Federasiyasındakı Ofisinin direktoru Pavel Spiçın və təşkilatın Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri bölməsinin rəhbəri İlya Qribkov çıxış ediblər, “Patent Əməkdaşlığı Sazişi Sistemi”, “Avrasiya patent sistemi çərçivəsində Patent Əməkdaşlığı Sazişinin tətbiqi” və “Haaqa sisteminə giriş” mövzusularında təqdimatlar dinlənilib.
Tədbir zamanı Patent Əməkdaşlığı Sazişinə uyğun olaraq ixtiraların xarici ölkələrdə patentləşdirilməsinin əsas mərhələləri və Haaqa qeydiyyat sisteminə uyğun olaraq sənaye nümunələrinin qeydiyyatı haqqında məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Sonda vebinar iştirakçılarına, o cümlədən Azərbaycan nümayəndəsinə sertifikatlar təqdim olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin