Baş prokuror problemlərin həlli üçün GÖSTƏRİŞ VERDİ

20:31 - 3 İyun 2023

Baş prokuror problemlərin həlli üçün GÖSTƏRİŞ VERDİ

İyunun 2-də Baş prokuror Kamran Əliyev Astara rayon prokurorluğunun inzibati binasında Astara, Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarından olan vətəndaşları qəbul edib.

 

Baş Prokurorluqdan Manset.az-a verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 31 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə əlaqədar və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

Həmçinin, Baş prokuror Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı əsasında yaradılan və Azərbaycan Respublikası prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair əməkdaşların təkliflərini dinləyib, eləcə də müzakirələr aparılmaqla müvafiq göstərişlər verib.


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin