İranda ATIŞMA: Sepahın bir hərbçisi öldü, 2-si yaralandı

11:00 - 14 İyun 2023

İranda ATIŞMA: Sepahın bir hərbçisi öldü, 2-si yaralandı

İranın Kermanşah əyalətinin İslamabad şəhərinin qərbində baş verən atışma nəticəsində İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) hərbçisi Mehdi Şahməliki ölüb, daha iki hərbçi isə yaralanıb.

Manset.az  “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Sepahın müvafiq korpusunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, hadisə hərbçilərin həmin əraziyə şübhəli şəxsi həbs etmək üçün getdikləri zaman baş verib.

Bu zaman qarşı tərəf təslim olmayaraq onlara atəş açıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az