Alman mətbuatında Berlin Prokurorluğunun “Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmiləri Almaniyanın Pakistandakı səfirliyinə 14 yaşlı əfqan Məhəmməd Əliyə icazə verilməsini əmr edib” iddiaları ilə bağlı məlumatlar yayılıb.
Bu barədə Manset.az Türkiyə mediasına istinadən xəbər verir.
Qeyd edək ki, hələ keçən il Almaniya Xarici İşlər Nazirliyinin vizalara cavabdeh olan departamentinin yüksək vəzifəli şəxslərinin Almaniyanın İslamabaddakı səfirliyinin əməkdaşlarına saxta pasport və şəxsiyyəti naməlum olmasına baxmayaraq, guya əfqanın Almaniyaya daxil olmasına icazə verməsi barədə göstəriş verdiyi məlum olub.
Səfirliyin əməkdaşları qeyri-qanuni hesab etdikləri bu göstərişə etiraz edərək, ərizəçinin hekayəsinə ciddi şübhələri olduğunu bildiriblər.
Bu il fevralın sonunda hadisə ictimailəşdikdən sonra Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı Xarici İşlər Nazirliyinin məsul şəxsləri barəsində cinayət işi qaldırıb.
Daha sonra prokurorluq səlahiyyətlilərə qarşı "ədaləti pozmaq" maddəsi ilə araşdırmaya başlayıb və iddiaları araşdırmaq qərarına gəlib.
Jalə
Manşet.az