Beşiktaş İspaniyanın 10 nömrəsi üçün Olympiakosun qapısını döydü.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, transfer cəhdlərini davam etdirən "Beşiktaş"ın "Olympiakos"da çıxış edən İspaniyanın 10 nömrəsi Pep Biel üçün Yunanıstan komandasına təklif etdiyi iddia edilib.
To10-dan Nikos Kotsisin xəbərinə görə; "Beşiktaş" "Olympiakos"da çıxış edən Pep Biel üçün Yunanıstan komandasına təxminən 4 milyon avro təklif edib.
26 yaşlı ispan yarımmüdafiəçinin hələlik komandadan ayrılmağı düşünmədiyi və bu səbəbdən danışıqların getmədiyi bildirilib.
Manşet.az