Ərdoğan Tokayevlə telefonda DANIŞDI

21:33 - 28 İyun 2023

Ərdoğan Tokayevlə telefonda DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevlə telefon danışığı aparıb.

 

Manset.az xəbər verir ki, bu barıdə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı liderlər qarşılıqlı olaraq Qurban bayramının bütün bəşəriyyətə, xüsusilə İslam dünyasına sülh, əmin-amanlıq və bolluq gətirməsini arzulayıblar.

Bundan əlavə, Qurban bayramı münasibəti ilə Türkiyə lideri Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısı Məhəmməd bin Zayed Əl Nəhyan, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar və Pakistanın Baş naziri Şahbaz Şərif ilə də telefon danışığı aparıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az