"Xaçatryanın cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına uyğundur" - Mahir Abbasov

11:04 - 01 Avqust 2023

\"Xaçatryanın cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına uyğundur\" - Mahir Abbasov

"Meşəli hadisələri ilə bağlı saxlanan Vaqif Xaçatryanın cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına uyğundur."

 

Manset.az xəbər verir ki, bunu Baş Prokurorluğun idarə rəisi Mahir Abbasov AzTV-də "Əsas məsələ" verilişində deyib.

Mahir Abbasov  bildirib ki: “44 günlük Vətən müharibəsindən sonra tarixi və hüquqi baxımından bir sıra hadisələr baş verib. Belə ki, Azərbaycan Respublikasının cinayət mühakimə icraatında vətəndaşlarımıza qarşı sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb olundu və onların barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmləri qəbul edildi”

Vaqif Xaçatryan cinayət məsuliyyətinə cəlb edilməsi beynəlxalq və milli hüquq normalarına uyğun olduğunu qeyd edən Mahir Abbasov bu təcrübənin Azərbaycan Respublikasının cinayət mühakimə icraatında mövcud oluduğunu vurğulayıb.

Həmçinin qeyd olunub ki, qüvvədə olunan cinayət qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddələri sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə şamil edilmir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az