Əks yola çıxan sürücü təhlükəli anlar yaşatdı - VİDEO

16:24 - 01 Avqust 2023

Əks yola çıxan sürücü təhlükəli anlar yaşatdı - VİDEO

Binəqədi-Balaxanı yolunda təhlükəli anlar yaşanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Rövşən Tağıyev paylaşım edib.

O bildirib ki, “KIA Rio” markalı 77-EE-824 dövlət nömrə nişanlı avtomobilin sürücüsü maşını əks istiqamətli hərəkət zolağına çıxararaq, digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb:

“Sürücü T.Paşayev DYP əməkdaşları tərəfindən aşkar edilib. O, İnzibati xətalar Məcəlləsinin 327.4 maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az