İran avtomobillərə Türkiyə və Azərbaycan bayrağı vurulması ilə bağlı xəbərdarlıq etdi

15:20 - 07 Avqust 2023

İran avtomobillərə Türkiyə və Azərbaycan bayrağı vurulması ilə bağlı xəbərdarlıq etdi

SEPAH mediası Güney Azərbaycan şəhərlərində avtomobillərə Türkiyə və Azərbaycan bayraqlarının vurulması ilə bağlı xəbərdarlıq edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, İranın bəzi şimal-qərb şəhərlərində avtomobillərin üzərinə Türkiyə və Azərbaycan bayraqlarının vurulmasına dair görüntülər yayılıb.

Bununla bağlı SEPAH-ın Qüds qanadına bağlı “Telegram” kanalı Azərbaycan dövlətini həyasızcasına və qərəzli şəkildə "Bakı" adlandıraraq paylaşım edib.

Paylaşımda bildirib ki, belə hallarla qarşılaşdıqda avtomobilin və onun dövlət nömrə nişanının şəklini çəkin və təhlükəsizlik orqanlarına məlumat verin.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az