Sülhməramlılar ermənilərin yürüşünü müşayiət etməkdən imtina etdi

15:41 - 07 Avqust 2023

Sülhməramlılar ermənilərin yürüşünü müşayiət etməkdən imtina etdi

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanlığı bölgədəki ermənilərin Həkəri körpüsünə doğru avtoyürüşünü müşayiət etməkdən imtina edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Aysor” portalı yayıb. 

Komandanlığın məlumatına görə, 2020-ci il 9 noyabr üçtərəfli bəyanatının müddəalarına uyğun olaraq, rusiyalı sülhməramlı kontingenti tərəfindən avtoyürüşlərdə avtomobil karvanı tərkibində nəqliyyat vasitələrinin müşayiət edilməsi, eləcə də müxtəlif aksiya və mitinqlərin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulmayıb. 

Sülhməramlı kontingentin bu cavabı erməni sakinlərin narazılığına səbəb olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az