Dünyada ilk dəfə ana və qız kosmosa gedəcək

17:00 - 07 Avqust 2023

Dünyada ilk dəfə ana və qız kosmosa gedəcək

Aberdin Universitetinin tələbələri Anastatia Mayers və anası Keisha Schahaff kosmosa gedən ilk ana-qız və Karib dənizindən səyahət edən ilk insanlar olacaq.

 

Manset.az xəbər verir ki, ana və qız Virgin Galactic-in kosmosa ikinci kommersiya uçuşunda iştirak etmək üçün lotereya qazanıblar. Ana və qızın kosmosa səyahəti bu həftə başlayacaq.

Keisha qızının viza problemini həll etmək üçün Londona gedərkən Virgin Atlantic təyyarəsində bir reklam görüb. Keisha və qızı lotereya üçün qeydiyyat formasını doldurub. Aylar sonra ilk 20-də, sonra isə ilk 5-də olduğunu öyrəniblər. Daha sonra isə qalib olublar.

18 yaşlı Mayers isə deyir ki, əgər mən təsadüfən Aberdin Universitetini seçməsəydim və vizamı almaq üçün çətinlik çəkməsəydim, kosmosa getmək şansımız olmayacaqdı.

Mayers kosmosa gedən ikinci ən gənc insan olacaq. Ana və qızı ABŞ-ın Nyu Meksiko ştatından havaya qalxacaq avtomobillə cümə axşamı günü kosmos səyahətinə başlayacaqlar.

Beləki, Galactic 02 missiyası Amerika kosmik şirkəti tərəfindən təşkil edilən ikinci kosmos uçuşudur. Uçuşun açıqlanan qiyməti 450 min dollar olub. Galactic 01 missiyası iyun ayında baş tutub. Həmin zaman 279.000 fut (85 km) yüksəkliyə çatıb. İkinci missiyanın eyni marşrutu izləyəcəyi düşünülür.

Qeyd edək ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) məlumatına görə, kosmosun həddi hesab edilən 80 kilometri keçən uçuş kosmik turizm hesab olunur.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az