“Vnukovo”da uçuşlar dayandırıldı

12:00 - 11 Avqust 2023

“Vnukovo”da uçuşlar dayandırıldı

Moskvanın “Vnukovo” hava limanı üzərində hava məkanı bağlanıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aeroportda təyyarələrin enişi və uçuşu müvəqqəti olaraq dayandırılıb.

İlkin məlumata görə, buna səbəb pilotsuz uçuş aparatları (PUA) ilə hücum ehtimalıdır. 

Bəzi reyslərin digər hava limanlarına yönləndirildiyi bildirilir. 

Xatırladaq ki, avqustun 10-na keçən gecə də Moskvanın “Vnukovo” və “Domodedovo” hava limanlarında reyslər məhdudlaşdırılmışdı. Buna səbəb paytaxt Moskvaya PUA ilə növbəti hücumun edilməsi olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az