Rusiyada kadr çatışmazlığı problemi dərinləşir

16:10 - 11 Avqust 2023

Rusiyada kadr çatışmazlığı problemi dərinləşir

Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara müqavimət göstərən Rusiyanın əmək bazarı Ukrayna müharibəsi səbəbindən görünməmiş kadr çatışmazlığı ilə üzləşib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyada şirkətlər alternativ bazarlara üz tutaraq iqtisadi itkiləri azaltmağa çalışır.

Lakin Ukrayna müharibəsi ilə əlaqədar cəbhəyə gedən və ya səfərbərlik üçün Rusiyanı tərk edən yüz minlərlə vətəndaşın yaratdığı kadr çatışmazlığı hökuməti və şirkətləri narahat edən əsas problemlərdəndir.

Bu səbəbdən şirkətlər ciddi inkişafa nail ola bilmir və yeni investisiyalar qoymaqda çətinlik çəkirlər.

Kadr çatışmazlığının ən çox istehsal və nəqliyyat sektorlarında hiss olunduğu diqqətə çatdırılıb.

Qaydar İqtisadi Siyasət İnstitutunun apardığı araşdırmada ölkədə qismən səfərbərliyin elan olunduğu 2022-ci ilin oktyabrında kadr çatışmazlığının rekord həddə çatdığı vurğulanıb.

Rusiya prezidenti Vladimir Putin avqustun 3-də verdiyi açıqlamada ölkədə maaşların artdığını və məşğulluq səviyyəsinin yaxşı səviyyədə olduğunu qeyd etmişdi. Lakin maaş artımının daha çox işçi qüvvəsi çatışmazlığı ilə bağlı olduğunu da demişdi. İşçi qıtlığının xüsusilə Rusiyada kiçik və orta müəssisələrə təsir etdiyinə diqqət çəkən Putin bu təsirin yaxşı istiqamətdə olmadığını vurğulamışdı.  

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az