Səudiyyə Ərəbistanının Ciddə limanının İslam Gömrük məntəqəsində paxlava qutularına gizlədilmiş 2 milyon 242 min 560 ədəd "kaptaqon həbi" ələ keçirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, narkotiklər paxlavanın dadına baxmaq istəyən məmurlar tərəfindən aşkar edilib.
Narkotiklərlə Mübarizə Baş İdarəsi ilə koordinasiya nəticəsində sözügedən yükü qəbul edən şəxs tutulub.
Gömrük idarəsi ölkə iqtisadiyyatının və cəmiyyətinin qorunması üçün hər kəsi qaçaqmalçılıqla mübarizəyə dəstək olmağa çağırıb. Belə hallarda müraciət edə biləcəkləri telefon nömrəsini və elektron poçt ünvanını paylaşıb.
Yükün haradan gəldiyi və tutulan 2 nəfər barədə hələ məlumat verilməyib.
Aygün
Manşet.az