"Omikron-un alt variantı olan BA.6-nın yeni böyük dalğaya səbəb ola bilər"
Manset.az xəbər verir ki, bu barədə açıqlamanı mütəxəssislər verib.
London kollecində işləyən mütəxəssis Pagel Omikron-un bu variantını alt tiplərinə nisbətən daha çox mutasiyaya malik olduğunu, potensial olaraq daha böyük dalğaya səbəb ola biləcəyini bildirib.
Bununla belə, Pagel mühakimə yürütmək üçün hələ tez olduğunu söyləyib.
İngilis Daily Mail-ə danışan Lids Universitetindən Stephen Griffin, BA.6-nın COVI-19-da ən böyük dəyişikliyi simvolizə etdiyini, yayılmağa başlayarsa böyük narahatlıq olacağını bildirib.
Qriffin nəticə çıxarmaq üçün hələ tez olduğunu və kifayət qədər məlumatın olmamasının təxminləri çətinləşdirdiyini bildirib.
Warwick Universitetindən Lawrence Young isə Omikron alt növünün dünyada yayılmağa davam etdiyini və daha güclü bir variantın ortaya çıxmasının sürpriz olmayacağını söylədi.
Bütün variantların Omikron törəmələri olduğunu, yəni idarə oluna biləcəyini qeyd edən Young, fərqli infrastruktura malik yeni variantın ortaya çıxmasının qorxulu ola biləcəyinə diqqət çəkib.
East Anglia Universitetindən Paul Hunter, digər mütəxəssislərdən fərqli olaraq, yeni variantın əhəmiyyətli bir epidemiyaya səbəb olmayacağını qeyd edərək, maskanı yalnız daha həssas şəxslərə tövsiyyə edib.
Jalə
Manşet.az