Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün hökumətin iclasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələri və üzv dövlətlər tərəfindən səslənmiş bəyanatları təhrif etməsi bir daha göstərir ki, bu dövlət növbəti dəfə düçar olduğu uğursuzluqla barışmaq istəmir".
Manset.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Nikol Paşinyanın iddialarına dair şərhində bildirilib
Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, bölgədə "humanitar vəziyyət" barədə hal-hazırkı iddiaların aradan qaldırılması üçün Azərbaycan tərəfindən təklif olunmuş "Ağdam-Xankəndi" yolundan istifadənin əksər üzv dövlətlər tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan baş nazirinin bu yoldan istifadəni qəbul etməməsi qarşı tərəfin vəziyyəti daha da gərginləşdirmək niyyətindən xəbər verir.
Xarici işlər nazirliyinin sözçüsü qeyd edib ki, Ermənistan vəziyyəti gərginləşdirmək əvəzinə bölgədə reallığı düzgün qiymətləndirməlidir.
Ayxan Hacızadə əlavə edib ki, Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu əsassız iddialarla BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmaqdan yox, ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: