Mazhar Alansondan Özkan Uğur paylaşımı

17:21 - 18 Avqust 2023

Mazhar Alansondan Özkan Uğur paylaşımı

Türkiyəli sənətçi Mazhar Alanson yaxın dostu və MFÖ qrup üzvü Özkan Uğuru İnstaqramda etdiyi paylaşımla anıb.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin dostu ilə bağlı açıqlaması diqqət çəkib:

"Özkanla əlli beş ilə yaxın dostluğum var idi. O detalları Fuat daha yaxşı bilir. Bizim xatirələrimiz bir kitab olar. Çünki illərin təcrübəsi var. Hansı birini deyim? Biz mənəvi qardaş idik. Allah rəhmət eləsin məkanı cənnət olsun. Onun bizim qəlbimizdəki yeri həmişə çox böyükdür. İndi bizdən nə edəcəyimizi soruşurlar. Ancaq Özkanın yerini heç kim tuta bilməz, Özkanın yerini başqa heç nə verə bilməz. Ümid edirəm ki, onun üçün xatirə konserti planlaşdırırıq, amma hazırda yas içindəyik”.

Qeyd edək ki, Özkan Uğur iyul ayında dünyasını dəyişib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az